23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. “Qəbələ” İdman Klubunun təmsilçisi İmran Yusifov ikinci yarış günündə tatamı üzərinə çıxıb. O, "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutan çempionatda +100 kq çəki dərəcəsində çıxış edib. Bütün rəqiblərinə qalib gələn İmran Azərbaycan çempionu tituluna yiyələnib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız qızıl medal və Azərbaycan Cüdo Federasiyasının diplomu ilə təltif olunub.
Xatırladaq ki, Azərbaycan birinciliyində 53 klubu təmsil edən 384 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.