Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov növbəti uğuruna imza atıb. Təmsilçimiz Açıq Asiya turnirində fərqlənib.
Cüdoçumuz Qazaxıstanın Aktau şəhərində keçirilən yarışda tatami üzərinə çıxıb. +100 kq çəkidə mübarizə aparan Yusifov turniri fəxri kürsüdə başa vurub. O, 3-cü yer uğrunda qarşılaşmada millimizin digər üzvü Camal Feyziyevi məğlub edərək bürünc medal qazanıb.