İmran Yusifovdan qızıl medal
Xəbərlər / 17 Avqust 2022 | 19:26221
İmran Yusifovdan qızıl medal

“Qəbələ” İdman Klubunun daha bir təmsilçisi V İslam Həmrəyliyi Oyunlarında medal qazanıb. Cüdoçumuz İmran Yusifov Türkiyənin Konya şəhərində keçirilən yarışda çempion olub.

+100 kq çəkidə çıxış edən idmançımız Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandasının heyətində uğur qazanıb. İmranın da yer aldığı yığma öncə Bəhreyni, yarımfinalda Tacikistanı 3:1 hesabı ilə məğlub edərək finala çıxıb. Komandamız həlledici görüşdə meydan sahibi Türkiyəni 3:2 hesabı ilə üstələyib. Bununla fəxri kürsünün ən yüksək pilləsinə qalxan cüdoçularımız qızıl medallara sahib çıxıblar.