«İnanıram ki, daha yaxşısını edəcəyik»
Xəbərlər / 29 Aprel 2022 | 20:10211
 «İnanıram ki, daha yaxşısını edəcəyik»

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” oyunundan (5:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyun barədə çox danışmaq istəmirəm. Ağır məğlubiyyət oldu. Müəyyən səbəblər var. Onları müzakirə etmək istəmirəm. Qarşıda 4 oyun var. Komanda şəklində həmin matçlara köklənmək və daha yaxşısına nail olmaq məcburiyyətindəyik. İnanıram ki, toparlanacayıq və daha yaxşısını edəcəyik. 15-16 futbolçudan ibarət heyətimiz var. Zədəli və cəzalı olmaqları oyunlarımıza təsir edir. Futbolda xırdalıqlar olmur. Hər bir nüans komandaya təsir edir. Ruhdan düşmürük”.