«İnter» bu gün bizdən üstün oynadı»
Xəbərlər / 23 Mart 2014 | 20:23195
Premyer Liqanın XXVII turu çərçivəsində baş tutan "Qəbələ"-"İnter" (1:4) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: “Nəticə qanunauyğun oldu, “İnter” bu gün bizdən üstün oynadı. Bunun səbəblərindən biri əsas heyətdən bir neçə müdafiəçinin olmamasıdır. Bu dəfə rəqibə qarşı müdafiədə etibarlı oynaya bilmədik. Bundan əlavə “İnter” kubok oyunundan sonra fiziki baxımdan bizdən daha güclü oldu. 0-1 hesabı ilə geri düşdükdən sonra hücumameylli oyunçu meydana buraxdım. Bu nəticə ilə heç kim razı ola bilməz, nə mən, nə də azarkeşlər. Sabit çıxış etmirik, Kamran, Rafael, Niasse və Nikola zədəlidir. Gənc futbolçulara şans verməli olduq. Nəticə qazanmaq üçün səbr etmək lazımdır. Əvəzetmədən oyuna daxil olan Leonardonun oyunu məni qane etmədiyi üçün onu əvəzlədim”.