Sabah Topaz Premyer Liqasında XII tura yekun vurulacaq. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son qarşılaşma Qəbələdə baş tutacaq. Liderlər qrupunda qərarlaşan “Qəbələ” və “İnter” arasında matç saat 16:00-da başlayacaq. Bu görüş komandaların ümumilikdə 32-ci, Premyer Liqada 30-cu dueli olacaq. Əvvəlki oyunlarda 7 qələbə qazanıb, 9 heç-heçə edib, 15 dəfə məğlub olan komandamız 26 qol vurub, 48-ni buraxıb. İndiyəqədərki 29 çempionat matçında isə 6 qələbə qazanıb, 9 heç-heçə edən “qırmızı-qaralar” 14 dəfə məğlub olub. Bu oyunlarda top fərqi 24-43-dür.
Qarşılaşmanı FİFA referisi Rəhim Həsənov idarə edəcək.
Topaz Premyer Liqası
XII tur
9 noyabr (bazar ertəsi)
16:00. “Qəbələ” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Kamran Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu