«İnter» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 3 Mart 2017 | 19:51284
«İnter» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XXI turunun təyinatları açıqlanıb. Martın 4-də start götürüb, iki gün davam edəcək turun oyunlarının hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Turun ilk günündə “İnter”lə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Bakıdakı “İnter Arena”da baş tutacaq görüşü Fariz Yusifov idarə edəcək. Sabiq FİFA hakiminin köməkçiləri Elman Musayevlə Azər Əsgərov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını FİFA referisi Ömər Paşayev yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Əhmədağa Cabbarov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Abbas Hüseynov olacaq.  
Xatırladaq ki, martın 4-də baş tutacaq “İnter” - “Qəbələ” matçı saat 20:00-da başlayacaq. 

Topaz Premyer Liqası
XXI tur
4 mart (şənbə)
20:00. “İnter” – “Qəbələ” 
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Elman Musayev, Azər Əsgərov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”