«İnter»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 13 Oktyabr 2016 | 20:51255
«İnter»-«Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının VIII turunun bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin “İnter”lə səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi də bəlli olub. Oktyabrın 15-də keçiriləcək matçın baş hakimi funksiyası Rəvan Həmzəzadə tapşırılıb. Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Coşqun Həsənov olacaq. FİFA referiləri Rəhim Həsənovla Orxan Məmmədov görüşə əlavə köməkçi hakimlər kimi təyinat alıblar. Ədalət təmsilçilərinin işinə Füzuli Nəcəfov qiymət verəcək. Matçın AFFA nümayəndəsi Rauf Hüseynli olacaq.

Xatırladaq ki, oktyabrın 15-də baş tutacaq “İnter”-“Qəbələ” matçı Bakıdakı “İnter Arena” stadionunda keçiriləcək. Oyun saat 16:00-da başlayacaq.

Topaz Premyer Liqası
VIII tur, 15 oktyabr (şənbə)
16:00. “İnter” – “Qəbələ”
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
“İnter Arena”