Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutan “Simurq” - “Qəbələ” (0:0) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“İndiki məqamda mən rəqibi təbrik etməliyəm. Biz isə çox çalışmalı və işimizi davam etdirməliyik ki, avrokuboklara vəsiqə qazanaq. Kubokda mübarizəni dayandırdığımıza görə çox məyusam. Çünki mərhələni biz yox, rəqib adladı”.