İsmayılov “Qəbələ”də
Xəbərlər / 26 İyun 2024 | 13:52215
İsmayılov “Qəbələ”də

“Qəbələ” növbəti transferini gerçəkləşdirib. “Qırmızı-qaralar” Urfan İsmayılovu heyətinə qatıb. 28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.

 

Qeyd edək ki, “Qəbələ” Urfana qədər müdafiəçi Vüqar Həsənovu heyətinə qatıb.