Premyer Liqanın XXVI turu çərçivəsində baş tutan “İnter” – “Qəbələ” (1:2) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Çox yaxşı gün oldu. Çox razıyam. Biz bu gün öz istədiyimiz futbola yaxın oyun sərgilədik. "İnter" çempionatın ən güclü komandalarındandır. Onlar üzərində qələbə bizə xüsusi stimul verir. İşimizi davam etdiririk. Fasilə müddətində sınaq oyunu keçirməyi planlaşdırırıq”.