«İstədiyimiz nəticəni əldə etdik»
Xəbərlər / 4 Dekabr 2013 | 13:48194
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan "Mil-Muğan" - "Qəbələ" (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: "İstədiyimiz nəticəni əldə etdik. Amma yaxşı oyun nümayiş etdirə bilmədik. Qarşılaşmada gənc futbolçulara şans vermişdik. Daha öncə "Mil-Muğan"la üzləşmədiyimiz üçün onlar haqda ətraflı məlumata malik deyildik. Premyer Liqa komandaları haqda məlumat toplamaq daha asandır. Hələ çox işləməliyik. İkinci hissədə Ebesilionun meydançada olmaması oyunumuza təsir etdi".