«İstədiyimiz oyunu göstərməyə çalışırdıq»
Xəbərlər / 13 Fevral 2022 | 17:27148
«İstədiyimiz oyunu göstərməyə çalışırdıq»

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” (1:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:

“İlk oyundan sonra da hələ mərhələ adlamadığımızı, evdə ağır görüş gözlədiyini qeyd etmişdik. “Sumqayıt” yaxşı təşkilatlanmış və yaxşı futbolçulara sahib komandadır. Ümumi götürəndə komandanın çıxışından razı qaldım. Birinci hissədə istədiyimiz oyunu göstərməyə çalışırdıq. İkinci hissədə bir az rəqib də aktivləşdi və təzyiq göstərdiyindən hesab müdafiə olunmağımızı tələb edirdi. Beş gündən bir ağır qrafiklə oynayırıq. Komandadan razıyam və qarşıdakı matçlarda daha məzmunlu futbol göstərəcəyimizə inanıram. Ümumilikdə komandadan sırf qapanmaq və hesabı qorumaq tələb olunmur. Müdafiə olunanda da hücumu, sürətlə həmlə qurmağı düşünürük. “Sumqayıt”ı da dəyərləndirmək lazımdır. ki, daha çox təzyiq edirdi. Hesab bizi müdafiəni düşünməyə məcbur edirdi. “Qarabağ”ın reklama ehtiyacı yoxdur, gücünü də bilirik. Hər mövqedə güclüdürlər. Amma komandama inanıram. “Qarabağ”a qarşı yaxşı oyun nümayiş etdirə bilərik. Əgər yarımfinaldayıqsa, niyə nəticəni düşünməyək”.