Premyer Liqanın XXIV turu çərçivəsində baş tutan “Qarabağ” - “Qəbələ” (0:1) matçından sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun barədə düşüncələrini açıqlayıb. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:
“Emosiyalarımız müsbətdir. Biz çox güclü bir komandanı məğlub etməyi bacardıq. Bəlkə, istədiyimiz futbolu nümayiş etdirə bilmədik. Amma istədiyimiz tərzdə oynadıq. Buna görə çox məmnunam. Komandamı təbrik edirəm. Öncəki turlarda hakim səhvləri olmasaydı, daha çox xal qazanardıq. Onlara daha yüksək səviyyəyə çatmağı arzulayıram”.