Azərbaycan Premyer Liqasının XII turunun “Neftçi” – “Qəbələ” oyunundan (4:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Həftəlik proqram üzrə “Neftçi”yə qarşı fərdi hazırlaşmışdıq. İstəyimiz rəqibi əks-hücumlarda yaxalamaq idi. İstədiyimizi həyata keçirə bilmədik. Komandalar arasında səviyyə fərqi çox hiss olunur. Yeni komandayıq, gənc heyətimiz var. Sabitliyi qoruya bilmirik. Bu, komandanın gənclərdən qurulmasından irəli gəlir. Təcrübəli futbolçular sabitliyi qoruya bilir. “Neftçi” bəzi komponentlərdə, fərdi keyfiyyətlərdə bizdən üstündür. Üzərimizə düşəni maksimum yerinə yetirməyə çalışırıq. Komanda şəklində zəif oynadıq. Buraxılan qollar da futbolçuların fərdi səhvlərindən vuruldu. İlk yarıda bizim də imkanlarımız oldu, dəyərləndirə bilmədik. “Neftçi” ustalıq səviyyəsi yüksək olduğundan imkanlardan yararlandı”.