Azərbaycan Premyer Liqasında XVI turun rəmzi komandası açıqlanıb. Səfərdə “Sabah”la qarşılaşan “Qəbələ” turun “11-liy”ində bir futbolçu ilə təmsil olunub. İvitsa Juniç “InStat” şirkətinin təhlilinə əsasən tərtib olunan komandaya daxil edilib. O, mövsümdə 2-ci dəfə rəmzi “11-lik” yer alıb. Xorvatiyalı müdafiəçinin “Sabah”la matçdakı (2:3) çıxışı “İnStat” tərəfindən 254 indeks xalı ilə qiymətləndirilib.