Kamananın qolu «Qəbələ»yə 3 xal gətirdi
Oyun icmalı / 29 Noyabr 2013 | 17:311062
Kamananın qolu «Qəbələ»yə 3 xal gətirdi

"Rəvan" - "Qəbələ" 0:1



29 noyabr 2013. Saat 19:00. Bayıl Arena stadionu. 250 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Nahid Əliyev
Dördüncü hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: İvan Pexa, 14 (qeyri-idman hərəkəti); Rəşad Abdullayev, 69 (qeyri-idman hərəkəti); 85 (qeyri-idman hərəkəti) // Yannik Kamanan, 70 (qeyri-idman hərəkəti) 
Qırmızı vərəqə: Rəşad Abdullayev, 85
Qol: Yannik Kamanan, 26 
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Premyer Liqanın XV turunda "Qəbələ" səfərdə "Rəvan"la qarşılaşdı. Ötən turdan karlı çıxan “Qəbələ” paytaxtdan yalnız və yalnız 3 xalla ayrılmaq fikrində idi.
Heyətdə tez-tez rotasiyalar edən Yuri Syomin bu dəfə də ənənəsinə sadiq qalmışdı. Dodonu dayaq yarımmüdafiəçisi kimi sınayan rusiyalı mütəxəssis uzun fasilədən sonra Assisi vərəqə limitini dolduran Leonardonun yerində oynadırdı. 
Sakit templə başlayan oyunda kəşfiyyat xarakterli həmlələr 10 dəqiqə çəkdi. Tədricən qarşılaşma qızışmağa başladı. Əvvəlcə Subotiçin başla ötürməsini Kamanan boşa verdi. 19-cu dəqiqədə kornerdən asmaya baş qoyan Pexa toru üstdən silkələdi. Az sonra Abdullayevin itibucaq altından endirdiyi zərbəni Pietrzkieviç dəf etməkdə çətinlik çəkmədi.  “Qırmızı-qaralar”ın hücum dalğası isə qolla sonuçlandı. Düzdü, Sapela Nizaminin ayağının çölüylə vurduğu mükəmməl zərbəni eyni gözəllikdə kornerə çıxardı. Ancaq məhz həmin künc zərbəsindən sonra hesabın açılmasına polşalı qolkiper də mane ola bilmədi. Başqa sözlə, Ebesilyonun sağ cinahdan qapı qarşısına yerlə ötürməsini Kamanan dəqiq tamamladı. 32-ci dəqiqədə bəxt meydan sahiblərinin dadına çatdı. Belə ki, Teymurov – Dodo – Subotiç kombinasiyası zamanı sonuncunun “ikinci mərtəbə”dən vuruşu dirəyə “ilişdi”. 4 dəqiqə sonra Dodonun baxımlı “mərmi”si az fərqlə “çərçivə”yə düşmədi. Ümumiyyətlə, ilk hissədə bölgə təmsilçisinin hücumları əsasən sağ cinahdan qurulurdu.
İkinci yarıya "Qəbələ" daha ehtiyatlı və müdafiəmeylli oyunla başladı. Bu da rəqibin nisbətən fəallaşmasına şərait yaratdı.  Amma zaman ötdükcə tədricən meydanda mübarizə səngidi. Bunun da əsas səbəbi “Qəbələ”nin topu daha çox “gəzdirməsi” idi. “Qırmızı-qaralar” oyuna nəzarət fonunda tempi aşağı salmağı bacarırdı. 
Amma Syominin etdiyi dəyişikliklərdən sonra matç fərqli məcrada davam etdi. Kamanan – Afolabi, Subotiç – Mendi əvəzləmələrindən sonra bir hücumçulu sistemə keçən qonaqlar rəqibin üzərinə gəlməsinə və ərazi üstünlüyünü ələ keçirməsinə imkan verdi. 
74-cü dəqiqədə Ebesilyonun şansını qaçırmasıyla əlamətdar oldusa, 5 dəqiqə sonra Rəşad cərimə zərbəsiylə Davidi “ovlaya” bilmədi. Son dəqiqələrdə Sohib uzaqdan qol vurmaq istəsə də, qeyri-dəqiq idi. Beləliklə, ardıcıl 2-ci qələbəni bayram edən “Qəbələ” bir oyun artıq keçirməklə zirvəyə ortaq oldu.



“Rəvan”

1. Lukaş Sapela
5. Aqil Nəbiyev
6. Ceyhun Cavadov
(11. Kamil Nurəhmədov, 78)
14. Xuan Manuel Varea
17. Ramazan Abbasov (k)
(9. Elnur Abdulov, 77)
19. Hüseyn Axundov 
20. Miloş Adamoviç 
21. Novruz Məmmədov  
(33. Sohib Savankulov, 57)
27. Rəşad Abdullayev
38. İvan Pexa
40. Mişel Balokoq

Ehtiyat oyunçular:

85. Kamal Bayramov
8. Frederik Holster 
23. Kristian Torres
89. Vüsal Qarayev

Baş məşqçi: Şahin Diniyev

“Qəbələ”

27. David Pietrzkeviç
6. Volodimir Levin (k)
8. Nizami Hacıyev 
10. Luis Hilario 
11. Yannik Kamanan 
(19. Abdulvahid Afolabi, 73)
14. Lorenzo Ebesilio 
18. İbrahima Niasse 
22. Assis Rodriqes
(3. Nikola Valentiç, 81)
31. Daniel Subotiç
(9. Viktor Mendi, 87)
36. Elnur Allahverdiyev
88. Müşfiq Teymurov 

Ehtiyat oyunçular:

25. Dieqo Kosta
4. Amid Quluzadə
5. Sadiq Quliyev 
84. Deyan Kelhar

Baş məşqçi: Yuri Syomin