Kamananın qolu «Qəbələ»yə yetmədi
Oyun icmalı / 17 Fevral 2013 | 13:28908
Kamananın qolu «Qəbələ»yə yetmədi

“İnter” – “Qəbələ” - 2:1 

17 fevral 2013. Saat 15:00. “Şəfa” stadionu. 1000 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Namiq Hüseynov
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Sarı vərəqələr: Asif Məmmədov, 2 ; Slavço Georgiyevski, 58; Samir Zərgərov, 67 ; Giorgi Lomaya, 80 // Nikita Valentiç, 5; Kristian Pulhak, 38; Omar Kalabane, 84 ; Dejan Kelhar, 86 
Qollar:  Arif Daşdəmirov, 7; Samir Zərgərov, 73 // Yannik Kamanan, 23
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.

Premyer Liqanın XX turunda "Qəbələ" səfərdə "İnter"lə üz-üzə gəldi. Oyuna qonaqlar sürətli başlasalar da, bakılılar hesabı erkən açmağa nail oldular. Artıq 7-ci dəqiqədə müdafiədə yol verilən səhvdən sonra Arif Daşdəmirovun zərbəsi tora qovuşdu. "Qəbələ" buraxdığı qola görə ruhdan düşmədi. Əksinə futbolçularımız daha kəsərli hücumlar qurmağa başladılar. Ardıcıl həmlələr 23-cü dəqiqədə bəhrəsini verdi. Viktor Mendinin hava ötürməsini sinəsi ilə qəbul edən Yannik Kamanan hədəfi dəqiq nişan aldı - 1:1. Fransalı hücumçu tezliklə daha 2 şans yaxalasa da, bu imkanlardan yararlana bilmədi. Epizodların birində isə komandamızın kapitanı Rəşad Abdullayevi cərimə meydançasında yıxmaqlarına baxmayaraq, baş hakim mübahisəli qərar qəbul edərək, davam işarəsi verdi. "İnter"in baş məşqçisi Kaxaber Sxadadze yarımmüdafiə xəttinin tamamilə "Qəbələ"nin əlinə keçdiyini görərək, təcili əvəzləmə etdi. İbrahime Niassenin mübarizəyə qoşulmasından sonra meydan sahibləri nisbətən oyunu bərabərləşdirə bildilər. Bununla belə, "İnter"in ifasında təhlükəli hücum və ya real qol epizodu görmək mümkün deyildi. Elə qapımıza vurulan ikinci qolu da rəqib üçün "hədiyyə" saymaq olar. Çünki "Qəbələ" süni ofsayd yaratmaq istəyərkən, Nikolya Valentiç komanda yoldaşlarını başa düşmədi və Samir Zərgərov qapıçı ilə təkbətək çıxaraq fərqləndi. Özü də komandamızın baş məşqçisi Ramiz Məmmədov artıq Valentiçi meydandan çıxarmaq niyyətində idi. Hətta onu əvəzləyəcək Luka Jinko dördüncü hakimin yanında hücumun bitməsini gözləyirdi. Lakin vaxtında dəyişiklik etməyə 10-15 saniyə çatmadı. Oxşar hal "Qarabağ"la oyunda da yaşanmışdı. "İnter" ikinci qolu vurduqdan sonra tamamilə arxaya çəkildi. Rəqibin müdafiə xəttini yarmaq müşkülə çevrildi. Beləliklə, "Qəbələ" vacib oyunda məğlubiyyətdən qaça bilmədi.

“İnter”

1. Giorgi Lomaya
4. Valeri Abramidze 
5. Slavço Georgiyevski
11. Asif Məmmədov 
15. Vladimir Levin (k)
18. İlia Kandelaki
20. Brüs Abdulaye 
(25. İbrahima Niasse, dəq.30)
21. Arif Daşdəmirov
24. Fuad Bayramov
28. Baçana Sxadadze
(9. Daniel Genov, dəq.82)
30. Yuri Fomenko
(6. Samir Zərgərov, dəq.46)

Ehtiyat oyunçular:

74. Revaz Tevdoradze
8. Nizami Hacıyev 
47. Abdulla Abatsiyev
87. Cəmil Hacıyev

Baş məşqçi: Kaxaber Sxadadze

“Qəbələ”

30. Anar Nəzirov 
4. Amit Quluzadə
(34. Ürfan Abbasov, dəq.75)
6. Nikola Valentiç 
(5. Luka Zinko, dəq.75)
8. Kristian Pulhak
9. Viktor Mendi 
10. Luis Paulo Hilario
11. Yannik Kamanan 
15. Omar Kalabane
18. Aleksandr Çertoqanov 
27. Rəşad Abdullayev (k)
(90. Ceyhun Sultanov, dəq.70)
84. Dejan Kelhar 

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
14. Mustafa Dabo
22. Lourival Rodriqes 
26. Daniel Lopes Kruz

Baş məşqçi: Ramiz Məmmədov