Kamran Şahsuvarlıdan gümüş medal
Boks / 28 İyul 2018 | 00:481025
Kamran Şahsuvarlıdan gümüş medal

Ukraynanın Odessa şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirdə Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu Kamran Şahsuvarlı uğurla çıxış edib. Təmsilçimiz yarışda gümüş medala yiyələnib. 81 kq çəki dərəcəsində çıxış edən boksçu yalnız finaıda uduzaraq ikinci yeri tutub.

Xatırladaq ki, yarışda 15 ölkənin 135 idmançısı qüvvəsini sınayıb.