Kapitanla yeni müqavilə
Xəbərlər / 25 İyun 2024 | 14:32277
Kapitanla yeni müqavilə

“Qəbələ” futbolçusu Asif Məmmədovla müqavilənin müddətini uzadıb. 38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

 

“Qırmızı-qaralar”ın kapitanı 2024-2025-ci illər mövsümündə də “Qəbələ”nin formasını geyinəcək. Onun anlaşması 2025-ci ilin yayında başa çatacaq.

 

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə 252 oyunda 17 qol vurub. O, Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.