Karateçilərimizdən daha bir uğur
Xəbərlər / 25 Sentyabr 2013 | 10:55236
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında Azərbaycan karateçiləri uğurlu çıxışlarını bu gün də davam etdiriblər. Fərdi döyüşlərdə 2 qızıl və 2 gümüş medal qazanan karateçilərimiz bu dəfə komanda yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. "Qəbələ" karateçiləri - Rafael Ağayev və Rafiz Həsənovun yer aldığı Azərbaycan yığması finaladək müvafiq olaraq İndoneziya, Malayziya və Əlcəzair komandalarını məğlub edib. Final görüşündə İran yığması ilə qarşılaşan karateçilərimiz rəqibə 3:1 hesabilə qalib gəlib. Bu Azərbaycanın İslamiadada qazandığı 3-cü qızıl medal olub. Xatırladaq ki, bir gün öncə "Qəbələ" karateçisi Rafael Ağayev fərdi yarışda qızıl medala sahib olmuşdu.