"Qəbələ" karateçiləri Niyazi Əliyev və Rafiz Həsənovun yer aldığı Azərbaycan milli komandası Finlandiyanın Tampere şəhərində keçirilən 39-cu Avropa çempionatının qalibi olub. Asiman Qurbanlı, Niyazi Əliyev, Tural Ağalarzadə, Şahin Atamov, Rafiz Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız çempionluq yolunda 4 güclü rəqibinə qalib gəlib. İdmançılarımz Latviya komandasını 3-0, Serbiyanı 2-1, yarımfinalda isə Hollandiyanı 2-0 hesabı ilə məğlub ediblər. Finalda favoritlərdən olan Türkiyə ilə görüşdə 2-2 hesabı qeydə alınsa da, xal fərqində üstün olan karateçilərimiz tarixində ilk dəfə komanda kumite yarışlarının Avropa çempionu olublar.
Fərdi kumite yarışlarında Niyazi Əliyev (-67 kq) gümüş medala yiyələnib. Fərdi yarışlarda 3 medala sahib çıxan Azərbaycan turnirdə medal qazanan 23 komanda arasında 4-cü nəticəni göstərib.