I Liqada VIII turun təyinatları açıqlanıb. Noyabrın 27-29-da baş tutacaq görüşlərin hakimləri bəlli olub.
“Qəbələ”nin “Karvan”la matçının təyinatları da müəyyənləşib. Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Tural Qurbanov olacaq. Ona Zöhrab Abbasov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi Anar Şıxəliyev olacaq.
Qeyd edək ki, noyabrın 28-də Yevlax şəhər stadionunda keçiriləcək “Karvan” – “Qəbələ” matçı saat 14:30-da başlayacaq.