“Karvan” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 29 Aprel 2025 | 22:2814891
“Karvan” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

I Liqada XXIV turun təyinatları açıqlanıb.

 

Mayın 1-2-də baş tutacaq görüşlərin hakimləri bəlli olub. “Qəbələ”nin “Karvan”la səfər matçının təyinatları da müəyyənləşib.

 

Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq. Ona Kərim Zeynalov və Samir Qaracayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Niyaz Əhmədov yerinə yetirəcək. Görüşün hakim-inspektoru Rövşən Əhmədov, AFFA nümayəndəsi İlham Əliyev olacaq.

 

Qeyd edək ki, mayın 2-də Yevlax şəhər stadionunda keçiriləcək “Karvan” - “Qəbələ” matçı saat 17:00-da başlayacaq.