“Karvan-Yevlax” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 14 Avqust 2025 | 12:4713099
“Karvan-Yevlax” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk təyinatları açıqlanıb.

 

Avqustun 15-19-da keçiriləcək görüşlərin hakimləri bəlli olub.

 

Turun ilk günündə baş tutacaq “Karvan-Yevlax” – “Qəbələ” qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.

 

Rəşad Əhmədov VAR, Kamran Bayramov AVAR olacaq. Asim Xudiyev hakim-inspektor, Mübariz Hüseynov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

 

Qeyd edək ki, avqustun 15-də Şamaxı şəhər stadionunda keçiriləcək “Karvan-Yevlax” - “Qəbələ” matçı saat 17:00-da başlayacaq.