“Karvan Yevlax” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 14 May 2026 | 19:03124
“Karvan Yevlax” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXII turun təyinatları açıqlanıb.


Mayın 15-də keçiriləcək “Karvan Yevlax” – “Qəbələ” oyununun baş hakimi Əli Əliyev olacaq. Ona Gülnurə Əkbərzadə və Mirnihad Seyidov kömək edəcək.

 

Vüqar Həsənli dördüncü hakim, Rauf Cabarov VAR, Cəmil Quliyev AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Anar Salmanov, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.

 

Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.