Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk turunun oyun cədvəli açıqlanıb.
Avqustun 15-18-də keçiriləcək matçların yeri və vaxtı dəqiqləşib. “Qəbələ”nin “Karvan-Yevlax”la səfər görüşü turun ilk günündə baş tutacaq.
Mövsümün açılış oyunu Şamaxı şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.