«Kəpəz» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 25 Fevral 2017 | 18:45495
«Kəpəz» - «Qəbələ» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XX turunun təyinatları açıqlanıb. Fevralın 27-də və 28-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Turun ikinci günündə “Kəpəz”lə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Gəncə şəhər stadionunda baş tutacaq görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Rza Məmmədovla Akif Əmirəli olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını sabiq FİFA referisi Orxan Məmmədov yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Şahin Cəfərov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Elbrus olacaq. 
Xatırladaq ki, fevralın 28-də baş tutacaq “Kəpəz” - “Qəbələ” matçı saat 15:00-da başlayacaq. 

Topaz Premyer Liqası
XX tur
28 fevral (çərşənbə axşamı)
15:00. “Kəpəz” – “Qəbələ”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov 
Gəncə şəhər stadionu