Misli Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb. Sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək matçların vaxtı və yeri dəqiqləşib. “Qəbələ”nin “Kəpəz”lə səfərdə keçirəcəyi oyunun da vaxtı bəlli olub. Turun son günündə baş tutacaq görüş saat 16:00-da başlayacaq. Matç Gəncə şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
VIII tur
1 oktyabr (bazar)
16:00. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu