«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Mart 2018 | 17:49235
«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının XIX turunun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Kəpəz”lə səfər oyununu Rəvan Həmzəzadə idarə edəcək. Martın 9-da keçiriləcək qarşılaşmada onun köməkçiləri Elman Musayev və Mübariz Haşımov olacaq. Ömər Paşayev isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Şahin Cəfərov  hakim-inspektor, Erkin Hüseynov AFFA nümayəndəsi olacaq.

Xatırladaq ki, martın 9-da baş tutacaq görüş Gəncə şəhər stadionunda keçiriləcək. Matç saat 15:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

XIX tur

9 mart (cümə)

15:00. “Kəpəz” – “Qəbələ”

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Elman Musayev, Mübariz Haşımov 

Dördüncü hakim: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov 

Gəncə. Şəhər stadionu