«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Avqust 2022 | 11:23199
«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında III turun təyinatları açıqlanıb. Avqustun 19-21-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Kəpəz”lə qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın matçını Rauf Allahverdiyev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Vüsal Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. 

Xatırladaq ki, avqustun 21-də Qəbələ şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qəbələ” qarşılaşması saat 18:00-da başlayacaq.

 

Misli Premyer Liqası

III tur

21 avqust (bazar)

18:00. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov

Hakim-inspektor: Əmrah İbrahimov

Qəbələ şəhər stadionu