«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 23 Yanvar 2023 | 21:191651
«Kəpəz» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XIX turun təyinatları açıqlanıb. Mövsümün ikinci yarısının ilk oyunları yanvarın 24-26-da keçiriləcək. Sabah start götürəcək turun matçlarının hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Kəpəz”lə qarşılaşmasının da təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın matçını Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbovla Şirmamed Mamedov olacaq. Dördüncü hakim funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. 

Xatırladaq ki, sabah Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qəbələ” qarşılaşması saat 14:00-da başlayacaq.

 

Misli Premyer Liqası

XIX tur

24 yanvar (çərşənbə axşamı)

14:00.  “Kəpəz” – “Qəbələ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov

VAR: Rauf Allahverdiyev 

AVAR: Elşad Abdullayev

Hakim inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Emin Cəfərov

Gəncə şəhər stadionu