Misli Premyer Liqasında VIII turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun oyunlarının hakimləri də müəyyənləşib. Oktyabrın 1-də “Kəpəz”lə qarşılaşacaq “Qəbələ”nin səfər matçının ədalət təmsilçiləri bəlli olub.
“Qırmızı-qaralar”ın oyununu Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Zöhrab Abbasov və Asiman Əzizli olacaqlar. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Xatırladaq ki, oktyabrın 1-də Gəncə şəhər stadionunda baş tutacaq “Kəpəz” – “Qəbələ” qarşılaşması saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
VIII tur
1 oktyabr (bazar)
16:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Asiman Əzizli, Rəşad Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu