“Kəpəz” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Dekabr 2025 | 14:1819122
“Kəpəz” – “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XV turun təyinatları açıqlanıb.

 

“Qəbələ”nin “Kəpəz”lə səfər matçının da hakimləri və rəsmiləri bəlli olub. Dekabrın 14-də keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Gülnurə Əkbərzadə olacaq, dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.


Qarşılaşmada Cavid Cəlilov VAR, Emin Əliyev AVAR olacaq. Şahin Cəfərov matçın hakim-inspektoru, Mübariz Hüseynov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, Yevlax şəhər stadionunda keçiriləcək oyun  14:00-da başlayacaq.