“Kəpəz”– “Qəbələ” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 3 Aprel 2026 | 19:3410953
“Kəpəz”– “Qəbələ” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb.

 

“Qəbələ”nin “Kəpəz”lə matçının baş hakimi Vüqar Həsənli olacaq. Ona Elşad Abdullayevv və Zöhrab Abbasov kömək edəcəklər.

 

Kamran Əliyev dördüncü hakim, Elvin Bayramov VAR, İnqilab Məmmədov AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru İmanxan Sultani, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.

 

Qeyd edək ki, aprelin 5-də Yevlax şəhər stadionunda keçiriləcək “Kəpəz”– “Qəbələ” görüşü saat 15:30-da başlayacaq.