“Kəpəz” – “Qəbələ” oyununun  hakimləri müəyyənləşdi
Xəbərlər / 11 Sentyabr 2026 | 10:4012
“Kəpəz” – “Qəbələ” oyununun  hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında V turun təyinatları açıqlanıb.


Sentyabrın 12-də keçiriləcək “Kəpəz” – “Qəbələ” oyununun baş hakimi Tural Qurbanov olacaq. Ona Asiman Əzizli və Cəmil Quliyev kömək edəcək.

 

Cavid Cəlilov dördüncü hakim, Elvin Bayramov VAR, Kamran Bayramov AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Namiq Əliyev olacaq.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçiriləcək matç saat 17:30-da başlayacaq.