Misli Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. Avqustun 19-də start götürəcək turun görüşləri üç günü əhatə edəcək.
“Qəbələ” ayın 21-də meydana çıxacaq. “Qırmızı-qaralar” “Kəpəz”lə qarşılaşacaq. Komandamız bu matça qonaq kimi çıxacaq. Amma Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək. Avqustun 21-dəki qarşılaşmanın start fiti saat 18:00-də veriləcək.
Qeyd edək ki, matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Misli Premyer Liqası
III tur
21 avqust (bazar)
18:00. “Kəpəz” – “Qəbələ”
Qəbələ şəhər stadionu