«Kəpəz» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 20 Dekabr 2022 | 18:061913
«Kəpəz» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında XIX turun oyun cədvəli açıqlanıb. 2023-cü ilin ilk turuna yanvarın 24-də start veriləcək. Mövsümün ikinci yarısının ilk turunun görüşləri üç günü əhatə edəcək.

“Qəbələ” ilk oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” “Kəpəz”lə qarşılaşacaq. Görüş Gəncə şəhər stadionunda baş tutacaq. Yanvarın 24-dəki qarşılaşmanın start fiti saat 14:00-də veriləcək. 

Xatırladar ki, matç “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Misli Premyer Liqası

XIX tur

24 yanvar (çərşənbə axşamı)

14:00. “Kəpəz” – “Qəbələ”
Gəncə şəhər stadionu