Kərəmovun Sapporo sınağı
Xəbərlər / 13 İyun 2025 | 14:1413969
Kərəmovun Sapporo sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Vüqar Kərəmov sabah növbəti döyüşünü keçirəcək. MMA döyüşçümüz “Rizin Landmark 11” turnirində mübarizə aparacaq.

 

71 kq çəkidə çıxış edən Kərəmov yaponiyalı Şuya Kimura ilə üz-üzə gələcək. Bu qarşılaşma Yaponiyanın Sapporo şəhərində baş tutacaq. Bu gün döyüş öncəsi çəki mərasimi təşkil olunub.

 

Qeyd edək ki, Vüqar “Rizin” çərçivəsində keçirdiyi 9 görüşdə 6 qələbə qazanıb. Kimura 5 döyüşün hamısında qalib gəlib.