Kərəmovun Yaponiya sınağı
Xəbərlər / 30 Dekabr 2024 | 16:149861
Kərəmovun Yaponiya sınağı

Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov sabah növbəti sınağına çıxacaq. İdmançımız "Rizin" turnirində Roberto Satoşi ilə üz-üzə gələcək.

 

Qarşılaşma Yaponiyanın Saytama şəhərindəki “Saytama Super Arena”da baş tutacaq. “Rizin49” çərçivəsində keçiriləcək kəmər döyüşündə 70 kq çəkidə çempionun adı bəlli olacaq.

 

Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsindəki 8 döyüşdə 6 qələbə qazanıb. Ümumilikdə isə idmançımız 25 qarşılaşmada 20 dəfə qalib gəlib.