16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi fevralın 20-dən 28-dək keçiriləcək. Bakıda təşkil olunacaq toplanışda “Qəbələ”nin bir futbolçusu iştirak edəcək. Ariz Kərimov U-16-nın hazırlığına qatılacaq.