Topaz Premyer Liqasının XX turunun bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin “Keşlə”ylə səfər matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub. Martın 13-də keçiriləcək matçın baş hakimi funksiyası Ömər Paşayevə tapşırılıb. Ona Namiq Hüseynovla Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Elvin Əsgərov olacaq. Ədalət təmsilçilərinin işinə Əhmədağa Cabbarov qiymət verəcək. Matçın AFFA nümayəndəsi Zamiq Hüseynov olacaq.
Xatırladaq ki, martın 13-də baş tutacaq “Keşlə” - “Qəbələ” matçı “İnter Arena”da keçiriləcək. Oyun saat 15:30-da başlayacaq.
Topaz Premyer Liqası
XX tur
13 mart (çərşənbə axşamı)
15:30. “Keşlə” - “Qəbələ”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”