Azərbaycan kubokunun final oyununun təyinatları açıqlanıb. Mayın 28-də keçiriləcək “Keşlə” – “Qəbələ” görüşünün hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub. Qəbələ şəhər stadionundakı matçı Rauf Cabbarov idarə edəcək.
Onun köməkçiləri Nahid Əliyev və Knyaz Əmiraslanov olacaqlar. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi Şaiq Həmidov olacaq.
Xatırladaq ki, mayın 28-də keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.
Azərbaycan kuboku
Final
28 may (bazar ertəsi)
20:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu