«Keşlə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Noyabr 2018 | 17:46334
«Keşlə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında XII turun təyinatları bəlli olub. Noyabrın 24-25-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ilk günündə “Keşlə”nin qonağı olacaq “Qəbələ”nin matçını Rəvan Həmzəzadə idarə edəcək.

Noyabrın 24-də “ASK Arena”da keçiriləcək qarşılaşmada baş hakimin köməkçiləri Elşad Abdullayev və Cavanşir Yusifov olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.

Xatırladaq ki, “ASK Arena”dakı qarşılaşma saat 16:30-da başlayacaq.

Topaz Premyer Liqası

XII tur

24 noyabr (şənbə)

16:30. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASK Arena”