«Keşlə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 10 Aprel 2019 | 11:221038
«Keşlə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında XXIV turun oyunları üçün təyinatlar açıqlanıb. Aprelin 13-14-də keçiriləcək görüşlərin hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub. Turun ikinci günündə “Keşlə”nin qonağı olacaq “Qəbələ”nin səfər matçının təyinatları da müəyyənləşib. Bakıda baş tutacaq qarşılaşmanı Vüqar Həsənli idarə edəcək. Onun köməkçiləri Mübariz Haşımovla Cəmil Quliyev olacaq. Görüşün dördüncü hakimi funksiyasını Rövşən Rəcəbov yerinə yetirəcək. “ASK Arena”dakı oyunun hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi İlham Əliyev olacaq.

 

Topaz Premyer Liqası 

XXIV tur 

14 aprel (bazar)

15:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

“ASK Arena”