Azərbaycan Premyer Liqasında IX turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Oktyabrın 26-28-də baş tutacaq oyunların hakim, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Səfərdə “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinatlar bəlli olub. Turun ilk günündəki görüşü Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Müslüm Əliyevlə Nahid Əliyev olacaq. Dördüncü hakim funksiyasını isə Etibar Həsənov yerinə yetirəcək. Bakıdakı “ASCO Arena”dakı qarşılaşmanın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Məmmədəli Məmmədov olacaq.
Azərbaycan Premyer Liqası
IX tur
26 oktyabr (şənbə)
16:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. “ASCO Arena”