Azərbaycan Premyer Liqasında IX turun ilk oyun gününün bütün təyinatları açıqlanıb. Noyabrın 7-də baş tutacaq matçların hakim, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Səfərdə “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinatlar bəlli olub. Turun ilk günündəki görüşü Elçin Məsiyev idarə edəcək. Onun köməkçiləri Pərvin Talıbovla Kamran Bayramov olacaq. Dördüncü hakim funksiyasını isə Rauf Allahverdiyev yerinə yetirəcək. Bakıdakı “ASK Arena”dakı qarşılaşmanın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Əsgər Əmirəliyev olacaq.
Azərbaycan Premyer Liqası
IX tur
7 noyabr (şənbə)
14:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”