Azərbaycan Premyer Liqasında mövsümün son təyinatları açıqlanıb. Sabah keçiriləcək sonuncu - XXVIII turun matçların hakimləri, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Səfərdə “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinatlar bəlli olub. Görüşü Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyevlə Rahil Ramazanov olacaq. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək. Bakıdakı “ASK Arena”dakı qarşılaşmanın hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Seymur Səlimli olacaq.
Azərbaycan Premyer Liqası
XXVIII tur
19 may (çərşənbə)
18:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”