«Keşlə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 22 Oktyabr 2021 | 17:45169
«Keşlə» - «Qəbələ» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında VIII turun təyinatları açıqlanıb. Sabah start götürəcək II dövrənin ilk matçlarının hakimləri, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Səfərdə “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin oyununa təyinatlar da bəlli olub. Görüşü Vüqar Həsənli idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayevlə Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək. 

Xatırladaq ki, oktyabrın 24-də Bakıdakı “ASK Arena”da baş tutacaq matç saat 16:00-da başlayacaq. 

 

Azərbaycan Premyer Liqası

VIII tur

24 oktyabr (bazar)

16:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: İlham Əliyev

“ASK Arena”