«Keşlə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 29 Oktyabr 2020 | 14:44209
«Keşlə» - «Qəbələ» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin “Keşlə” ilə səfər matçının vaxtı müəyyənləşib. “Qırmızı-qaralar”ın qarşılaşması noyabrın 7-də baş tutacaq. Bakıdakı “ASCO Arena”da keçiriləcək qarşılaşma saat 14:00-da başlayacaq.

Xatırladaq ki, qarşılaşma “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Azərbaycan Premyer Liqası

IX tur

7 noyabr (şənbə)

14:00. “Keşlə” – “Qəbələ”

“ASK Arena”